"Ermənistan "İsgəndər"dən istifadə edib" deyən generala cinayət işi açıldı

2020-11-21 15:39:41 / 341 dəfə oxunub

Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin sabiq Baş qərargah rəisi və baş hərbi müfəttişi, general-mayor Movses Akopyan barəsində cinayət işi açıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.

Qeyd edək ki, M.Akopyan bir neçə gün öncə Ermənistan cəmiyyətində əks-səda doğuran açıqlamalar vermişdi.

O bildirmişdi ki, Dağlıq Qarabağda döyüşlər davam edərkən baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan qərargahda generalların işinə müdaxilə edirdi. Onunla mübahisə etdiyi üçün general Yerevana çağırılmışdı.

Bundan başqa, M.Akopyan Ermənistandan Azərbaycana "İsgəndər" raketinin atıldığını demişdi. Bu açıqlamalarda sonra o, ifadə verməyə çağırılmışdı.

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!