Ərdoğan: “Qələbə sevincini qardaş Azərbaycanla birlikdə yaşadıq”

2020-11-21 17:07:37 / 229 dəfə oxunub

"Qardaş Azərbaycanla birlikdə 30 illik fəlakəti sona çatdıran qələbənin sevincini yaşadıq”.

"Haber Global”ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Afyonkarahisar, Kütahya, Batman və Siirt vilayət təşkilatlarının konqresində bildirib.

Dövlət başçısı çıxışı zamanı demokratiya və inkişaf üçün aparılan mübarizənin qarşısını ala bilməyəcəyini görənlərin son yeddi ildə onlara qarşı əllərindəki bütün kartları açdıqlarını deyib:

"Bizi Suriya sərhədimiz boyunca terror dəhlizi ilə əhatə etməyə çalışdılar, əməliyyatlarımızla bu qanlı zənciri qırdıq... Liviyada başqa bir oyuna girdilər. Orada da həvəslərini qursaqlarında qoyduq. Ermənistanı təhrik edərək Qafqazda başqa bir şey etməyə çalışdılar. Qələbə sevincini qardaşlarımızla birlikdə yaşadıq. Millətimizə söyləyəcək heç bir sözü olmayanları bir araya gətirərək siyasət mühəndisliyinə girişiblər. Bunda da uğursuzluğa düçar olacaqlar”, - deyə obildirib.

Türkiyənin dövlət başçısı əsas hədəfin dostlar və müttəfiqlərlə daha güclü əməkdaşlıq qurmaq istəyi olduğunu vurğulayıb.

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!