Mobil telefonların idxalına xüsusi rejim tətbiq edəcək

2015-02-18 13:47:46 / 4835 dəfə oxunub
Azərbaycanda ölkəyə mobil telefonların idxalı zamanı xüsusi şərtlər tətbiq olunacaq. Bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, Rabitə Nazirliyi müvafiq dövlət strukturları ilə birlikdə tədbirlər planı hazırlayıb.  Nazir hesab edir ki, Azərbaycanda pərakəndə elektron kommersiya böyük sürətlə inkişaf edir. Əgər 2013-cü ildə elektron kommersiyanın həcmi 1,7 milyon manat təşkil edirdisə, 2014-cü ildə bu göstərici 20 milyon manata çatıb: "Еlektron kommersiya ölkə əhalisi arasında böyük populyarlıq qazanıb. Lakin son vaxtlar bazarda əsasən mobil telefonların qaçaqmalçılığı ilə bağlı arzuolunmaz faktlar aşkar olunub. Biz müvafiq strukturlarla tədbirlər planı hazırlamışıq və plan mobil telefonların idxalı ilə bağlı xüsusi rejimin tətbiqini nəzərdə tutur. Digər istehlak mallarının elektron ticarətinə gəldikdə, bu planda heç bir problem olmayacaq”.


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws