Əməkdar artist tək olmadığını etiraf etdi

2015-02-20 15:24:55 / 4694 dəfə oxunub
Əməkdar artist Almaz Ələsgərlinin müsahibəsi.
- Almaz xanım, necəsiniz?

- Yaxşıyam, şükür Allaha. Mən ümumiyyətlə həyata yaxşı tərəfdən baxıram. Bəlkə də bu, yaşa dolmağımla əlaqəlidir. Heç vaxt kiminsə pisliyinə danışmamışam. Çünki bu cür danışanda o pisliklər adamın başına gəlir.

- Amma çox kövrək xanımsınız.

- Bəli, pozitiv olduğum qədər həm də kövrəyəm. Amma çalışdığım qədər bunu tamaşaçılara bildirmirəm. Mənim göz yaşlarım kimə lazımdır ki? Həyat, yaşamaq çox çətindir. Problemlərimiz çoxdur. Mən də çıxım göz yaşı töküm - bu axı kimə lazımdır?

- Göz yaşlarınıza baxıb sevinən insanlar varmı?

- Əgər varsa, onlar çox çirkin qəlbli insanlardır. Heç vaxt heç kimin pis gününə sevinməmişəm. Hər zaman istəmişəm, hamıya yaxşılıq edim. Mənə elə insanlar çatmır.

- Almaz xanım, çox çəki almısınız. Heç irad tuturlarmı sizə kökəlməyinizi?

- Bəli, köklüyümü mənə irad tutsalar da, mən heç kimin sözünə baxmamışam. Mənə belə rahatdır. Heç vaxt köklüyümlə bağlı kompleksə düşməmişəm. Mənə deyirlər ki, sən arıqlasan, nə gündə olarsan? Yaraşmaz sənə.

- Amma illər öncə çox arıq idiniz və sizə bu daha çox yaraşırdı.

- Bəlkə də o yaşıma o yaraşır. Amma indiki yaşıma bu yaraşır (gülür).

- Mətbəx işləri ilə aranız necədir?

- Mətbəxdə əlimdən hər iş gəlir. İnanın, səhər tezdən durmuşam, əti çəkmişəm, evə gedib yemək bişirəcəyəm. Xəmir xörəklərini həm yeyə bilirəm, həm də bişirə bilirəm. Evim qonaq-qaralı olur. 1-2 rəfiqəm var, onlarla sıx əlaqədə olduğum üçün tez-tez evimə gəlirlər.

- Almaz xanım nənə olmaq istəyir?

- İnşallah. Əlbəttə, hansı qadın nənə olmaq istəməz ki? Bunu istəməyən qadın qadın deyil.

- Amma yaman gecikirsiniz nənə olmağa.

- Həyat sürprizlərlə doludur. Bilmirəm ki, buradan çıxanda başıma nə gələcək. Ona görə də mən həyatda hər şeyə hazıram.

- Təksiniz?

- Allah etməsin, tək qalım. Mən təkliyi sevmirəm. Heç vaxt tək olmamışam və tək qala da bilmərəm. Mən həyatı sevirəm, sevgi dolu qadınam. İtlərim var, onlar üçün ürəyim gedir. İnanın, onlar nə qədər ağıllıdırlar. İki qızım var, gözəl itlərim var. Niyə tək olmalıyam ki? (gülür) Qızımın biri burada, biri isə xaricdə yaşayır. Artıq onlar ayaqları üstə dura bilirlər.

- Özünüz haqda yazılan xəbərləri və bu xəbərlərə yazılan şərhləri oxuyursunuz?

- Xeyr, bunlara heç bir əhəmiyyət vermirəm. Kim nə yazır-yazsın. Məni sevən də çoxdur, sevməyən də. Yeniliklərimlə hər zaman sevənlərimi sevindirmək istəyirəm. İnşallah, mart ayında Kanadaya gedəcəyəm. Gedib-gələndən sonra bu haqda sizə ətraflı müsahibə verəcəyəm.


Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws