Bakıda “E-ticarət zirvə toplantısı” keçirilib

2015-02-20 16:23:54 / 4492 dəfə oxunub
Elektron Ticarət İcması (ETİ) və "Shopera.az”-ın təşkilatçılığı, Kapital Bankın təşkilatı dəstəyi ilə Bakıda "E-ticarət zirvə toplantısı” keçirilib. Tədbirin məqsədi şirkət və bankların 2014-cü ildə elektron ticarət sahəsi üzrə olan hesabatlarının təqdimatı, həmçinin mövzu ətrafında müzakirələrin aparılması, qarşılıqlı təcrübə mübadiləsinin təşkili və cari il üzrə hədəflərin müəyyənləşdirilməsidir.
Toplantıda bankların faiz kart menecerləri, onlayn alış-veriş saytlarının rəhbərləri, pərakəndə satış şirkətlərinin nümayəndələri, mobil ödəmə sistemlərinin təmsilçiləri iştirak ediblər. Tədbirdə "Albalı Kart” meneceri Çingiz Abbasəliyev, "Baku Electronics”-in Marketinq şöbəsinin müdiri Şirəli Ələkbərov, "İdeal Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsi”nin Marketinq şöbəsinin müdiri Rafiq Vəliyev, "Rahat Marketlər Şəbəkəsi”nin Marketinq müdiri Kənan Şirinov, "YapıKredi Bank Azərbaycan”ın marketinq üzrə mütəxəssisi Məlahət Adilova, "Kapital Bank”ın Rəqəmsal marketinq şöbəsinin müdiri Rəşid Salehov, "Retail Fashion Group”-un marketinq meneceri Anar Heydərov, "Mobile Payment Systems” MMC-nin biznesin inkişafı üzrə direktoru Nigar Axundova, "Millikart” Ödəmə Sisteminin marketinq direktoru Nigar Rüstəmzadə, Qafqaz Universiteti Texnoparkının direktoru – İsa Qasımov, "Gozelevler.com”-un həmtəsisçisi Günel İsmayılova, "Shopera.az”-ın  təsisçisi Rəşad Mehdiyev çıxış edərək, mövzu ilə bağlı fikirlərini paylaşıblar.
 Qeyd edək ki, 2014-cü ilin iyununda Elektron Ticarət İcması və "Shopera.az” Türkiyənin "Sahibinden.com”, "Markafoni.com”, "Doğan Online”, "Google Türkiyə”, "Garanti Bankası”, "Evmanya.com”, "Akakce.com”, "KobiMaster” kimi iri ticarət platformalarının mütəxəssislərinin  iştirakı ilə "eTicarət Master Class” adlı tədbir həyata keçirib.


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws