"Apple" Danimarkada ən böyük məlumat mərkəzini açır

2015-02-23 16:34:46 / 4555 dəfə oxunub
ABŞ-ın "Apple” şirkəti Danimarkada dünyanın ən iri məlumat mərkəzlərindən birini istifadəyə verəcək. Rabitə və Yüksək Texnolgiyalar Nazirliyinin məlumatına görə, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Mərkəz enerji ilə tamamilə bərpa olunan mənbələrdən təchiz ediləcək, habelə istiliyin qalığı yerli isitmə şəbəkəsinə ötürülməklə ətraf mühit üçün mənfi fəsadları aradan qaldırmağa kömək edəcək. 
Mərkəzi Yutlandiyada Viborq şəhərində tikiləcək yeni məlumat mərkəzinə investisiyaların həcmi 6,3 milyard kron (850 milyon avro) təşkil edəcək. İnşaat işlərinin 10 il davam etməsi planlaşdırılır. Bu, Danimarkada ən böyük xarici investisiya layihəsi olacaq.
Eyni zamanda oxşar mərkəz İrlandiyada da yaradılacaq. Layihənin ümumi dəyəri 1 milyard avrodan çoxdur ki, bu da "Apple”ın Avropada ən böyük investisiyasıdır.
"Layihə Danimarka iqtisadiyyatı üçün ciddi dəstək olacaq”, - Danimarka ticarət və inkişaf naziri Moqens Yensen deyib.
Nazir qeyd edib ki, "Apple”ın seçimi sübut edir ki, Danimarka "yaşıl” həllər və bərpa olunan enerji texnologiyaları sahəsində dünya lideridir. O, daha sonra əlavə edib ki, bu, həmçinin Danimarkanın investorlar, xüsusilə innovativ biznes üçün cəlbedici ölkə olmasından xəbər verir. "Bu, dünyanın ən ekoloji təmiz və innovativ məlumat mərkəzi olacaq”, - o vurğulayıb, - "TASS ” yazır.   


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws