Azərbaycan yeni texnologiyalar sahəsində İran ilə əməkdaşlıq etməyə hazırdır

2015-02-24 16:49:25 / 4378 dəfə oxunub
Azərbaycan Prezidenti qonşu ölkələrlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. İran ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması isə rəsmi Bakının xarici siyasətinin prioritet istiqamətidir. Bu fikirləri Qoşulmama Hərəkatının Tehranda keçirilən konfransında iştirak edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində deyib. Nazir bildirib ki, eyni tarixə, dini və mənəvi dəyərlərə malik olan xalqların mehriban qonşuluq və dostluq şəraitində yaşaması dövlətlərin maraqlarına uyğundur. Məhz xalqlarımızın maraqlarından çıxış edən hər iki ölkənin prezidentləri qarşılıqlı əlaqələri inkişaf etdirməkdə qərarlıdırlar. Prezidentlərin qarşılıqlı rəsmi səfərlərindən sonra münasibətlərin daha intensiv şəkildə inkişafı müşahidə edilir. Əli Abbasov İranın elmlər, tədqiqat və texnologiyalar naziri Məhəmməd Fərhadi ilə keçirdiyi görüşü xatırladaraq bildirib ki, söhbət zamanı yüksək texnologiyalar sahəsində səmərəli müzakirələr aparılıb. Azərbaycan texnoparkların yaradılması təcrübəsinə malikdir və İranla bu sahədə əməkdaşlıq etməkdə maraqlıdır. Texnologiya sahəsində əməkdaşlığın hər iki ölkənin iqtisadi artımına təsir edəcəyini diqqətə çatdıran nazir bu sahədə əlaqələrin qurulması üçün İranın elmlər, tədqiqat və texnologiyalar nazirini Bakıya dəvət etdiyini bildirib.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws