Sahibə Qafarova: “Yeni qanunun qəbulu zərurətə çevrilib” MÜNASİBƏT

2015-02-25 15:10:11 / 4422 dəfə oxunub
"Elmi fəaliyyətin qanuni əsaslarının yaradılması, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi üçün yeni qanunun qəbulu zərurətə çevrilib. Bu gün Azərbaycan yüksək sürətli inkişaf tempinə malikdir və əldə edilən nəticələr bütün sahələr üzrə inkişaf meyllərini şərtləndirir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, Bakı Slavyan Universitetinin prorektoru, professor Sahibə Qafarova "Elm haqqında”qanun layihəsinə münasibətini bildirərkən deyib. Millət vəkili qeyd edib ki, bütün digər sahələrdə olduğu kimi, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmin inkişafı sahəsində də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiririlr: "Bu gün dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə elmi potensialın qorunması, inkişaf etdirilməsi yönündə çox mühüm addımlar atılmaqdadır. 2009-cu ildə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilib. Təbii ki, bu Dövlət Proqramının qəbulu Azərbaycanda elmin inkişafı sahəsində yeni pəncərənin açılmasına, yeni perspektivlərin yaranmasına imkan verir. Daha sonra elmi potensialın inkişaf etdirilməsi, mütəxəssislərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində növbəti qərar qəbul olunub və dövlətimizin başçısının 19 fevral 2010-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsi” təsdiq edilib. Bu fondun fəaliyyəti həm dövlətin elm sahəsinə diqqətini göstərir, həm də alimlərimiz üçün geniş fəaliyyət sferası yaradır. vasitəsilə dövlət tərəfindən ayrılan vəsait hesabına həm elmi texnologiyaların inkişafı yönündə, həm də elmi araşdırmaların stimullaşdırılması istiqamətində mühüm işlər görülür”.

Millət vəkili həmçinin vurğulayıb ki, son illər ərzində, elm müəssisələrinin maddi-texniki təminatlarının gücləndirilməsi, elmi işçilərin maddi rifah halının yaxşılaşdırılması, akademik və elmi məktəblərin qorunub saxlanılması və elmi kadr hazırlığı işinin, Milli Elmlər Akademiyasının strukturunun təkmilləşdirilməsi yönündə müxtəlif qərarlar qəbul olunub: "Bütün bunlar isə Azərbaycan elmi qarşısında yeni üfiqlər açıb. Bununla yanaşı, elmi fəaliyyətin qanuni əsaslarının yaradılması, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi üçün yeni qanunun qəbulu artıq zərurətə çevrilib. Bu baxımdan, qanunun qəbul olunması olduqca mütərəqqi haldır. Bu qanun Azərbaycan elminin proqram əsaslı inkişafını stimullaşdıracaq, Azərbaycan elminin inteqrasiyasını sürətləndirəcək, elmə marağın artmasını təmin edəcək. Daha əhəmiyyətli məsələlərdən biri də qanunda yer alan elm sahəsində mülkiyyət hüququnun qorunması ilə bağlı qaydaların qanundla əksini tapmasıdır. Bu, yalnız plagiatlığın önünə keçməyəcək, artıq elmi sahədə plagiatlıqla mübarizənin hüquqi çərçivələri daha aydın müəyyənləşir. Elmi işçilərin hüquq və vəzifələri də aydın şəkildə əksini tapıb”. Sahibə Qafarova onu da əlavə edib ki, əvvəlki dövrlərdə daxili nizamnamə, müvafiq qurumların tövsiyyəsi və tələbləri əsasında həll olunan məsələlər bu gün daha geniş formada qanunda təsbit edilib: "Bu qanun həmçinin, mütəxəssislərin fəaliyyətini daha effektiv həyata keçirməsini stimullaşdıracaq, Azərbaycan alimlərinin beynəxlaq əməkdaşlığını genişləndirməyə, alimlərimizin elmi ixtiralarını, elmi nəticələrini daha geniş beynəlxalq elmi auditoriyaya təqdim etməsinə imkan verəcək. Eyni zamanda, elmi sahəyə investisiya yatırımları imkanlarını da genişləndirəcək. Daha bir müsbət məqam dövlətin bu qanunla elmin inkişafına, elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət təminatı verməsidir. Burada dövlət öz üzərinə çox ciddi məsuliyyəti götürür. Dövlət elmi potensialı olan, istedadı olan və bu sahədə fəaliyyət göstərmək arzusunda olan hər bir kəsə öz bacarığını reallaşdırmaq imkanı verir və özü də bunun zəmanətçisi kimi çıxış edir. Müəyyən insanlar tərəfindən məqsədli şəkildə manipulyasiya mövzusuna çevrilən doktorant və magistrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı məsələdə də bu qanunun qəbulundan sonra tamamilə həllini tapmış olacaq. Əyani şöbədə təhsil alan doktorant və magistrlərə möhlət hüququnun verilməsindən Azərbaycan dövləti yalnız qazanacaq, bu insanlar elmi fəaliyyətlərini ardıcıllıqla davam etdirmək imkanı qazanacaq. Müzakirə predmeti olan digər bir sual – kimlərin elmi işçi hesab olunması və elmi işçi vəzifəsinə seçilmək hüququnun olması ilə bağlı sual da artıq cavabını tapacaq. Nəticə etibarilə hesab edirəm ki, bu qanun kifayət qədər əhatəli olmaqla, elmi fəaliyyətə dair bütün məsələləri, dövlətin elm siyasətinin əhəmiyyətini çox dəqiq şəkildə ifadə edir.


Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws