“Apple” şirkəti cərimələndi

2015-02-25 17:27:51 / 7468 dəfə oxunub
"Apple İnc” şirkətinin "iTunes” proqram təminatı "Smartflash LLC” firmasının lisenziyalı 3 patentini pozduğuna görə 532,9 milyon dollar məbləğində cərimələnib.
"ICTnews” xəbər xidmətinin məlumatına əsasən, "Smartflash” 852 milyon dollar təzminat istəməsinə baxmayaraq qərar "Apple” şirkətini sarsıdıb.
Hakimlər kollegiyası səkkiz saat müzakirədən sonra  "Apple” şirkətinin "Smartflash” patentlərini qəsdən istifadə etməsi ilə bağlı qərara gəlib. "Apple” şirkətinin vəkili isə, öz növbəsində appelyasiyaya şikayət edəcəyini bildirib.
"Biz ödəməkdən imtina edirik. Çünki bizimlə işləyən insanlar innovasiyalara görə illər sərf ediblər. Bu mübahisəni məhkəmə yolu ilə davam etməkdən başqa bizim heç bir ayrı seçimimiz qalmır", - deyə şirkətin bəyanatında deyilir.
 
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!