“Facebook” hakerləri mükafatlandırıb

2015-02-27 16:16:05 / 4341 dəfə oxunub
65 ölkədən 321 mütəxəssis mükafatlandırılıb. Ən böyük mükafat almış beş haker ümumilikdə 256 min dollar qazanıb. "Facebook” şirkətinin press-relizinə əsasən, sosial şəbəkəyə boşluqlar haqda ən çox sorğu Hindistandan (196 uğurlu müdaxilə) olub. İlk üçlükdə Misir hakerləri (81)  və amerikalılar (61) yer alıblar. Britaniyalılar sosial şəbəkədə 28 boşluq taparaq orta hesabla 2700 dollar qazanıblar. Filippinli hakerlər 27 uğurlu müdaxilə ilə yadda qalıblar. Ancaq onların mükafatı 29500 dollar təşkil edib ki, bu da istifadəçi məlumatlarının təhlükəsizliyi sahəsində daha ciddi boşluqların aşkar edilməsindən xəbər verir. Məlumata əsasən, 2014-cü ildə "Facebook” aşkar edilmiş boşluqlar haqda 17 min sorğu alıb. Bu göstərici ötən illə müqayisədə 16 faiz daha yüksəkdir. İl ərzində iştirakçılar tərəfindən tapılmış son dərəcə ciddi boşluqların sayı 49 faiz yüksəlib. "ICTnews" elektron xəbər xidməti "dni.ru” saytına istinadən bildirir ki, sosial şəbəkə tərəfindən aşkar edilmiş boşluqlara görə mükafatlandırma proqramı 2011-ci ildə istifadəyə verilib. Proqram haker hücumlarına qarşı müdafiənin gücləndirilməsi üçün nəzərdə tutulub. 2011-ci ildən etibarən "Facebook” aşkar edilmiş boşluqlara görə 3 milyon dollar ödəyib.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws