“YouTube” “Google”-a gəlir gətirmir?

2015-02-27 16:16:41 / 4310 dəfə oxunub
"The Wall Street Journal" qəzeti "YouTube" videohostinqinin fəaliyyəti haqda maliyyə informasiyası əldə edib. Məlum olub ki, bu videohostinq əvvəlki kimi "Google" şirkətinə gəlir qazandırmır. 
Nəşr yazır ki, 2014-cü ildə "YouTube" videohostinqi 4 milyard dollar qazanıb, halbuki bir il əvvəl bu göstərici 3 milyard dollar təşkil edib. Bu halda xidmət hələ maya dəyərini çıxarmaq ərəfəsindədir. "ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "YouTube"un gəlir yoxluğu onunla izah olunur ki, bir çox istifadəçilər nadir hallarda videoxidmətin saytına daxil olur və kənar səhifələrdə pleyerlər vasitəsilə çarxları izləyirlər. Bundan başqa, "Facebook" və "Twitter" kimi internet şirkətləri tərəfindən rəqabət var.
  "YouTube"un auditoriyası 1 milyard istifadəçini ötür, aylıq 6 milyard saatlıq video izlənilir və dəqiqədə 100 saatlıq videoməzmun yüklənilir.
 Xatırladaq ki, 10 il bundan əvvəl "PayPal" ödəmə sisteminin 3 köhnə əməkdaşı – Çad Xarli, Stiven Çen və Caved Kərim "YouTube.com" domen adını qeydiyyatdan keçirib.


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws