On ilə 1800 yeni peyk buraxılacaq

2015-03-02 13:01:32 / 4487 dəfə oxunub
Yaxın on il ərzində dünyada 1800-dən çox yeni peyk sifariş ediləcək, hazırlanacaq və orbitə buraxılacaq. Bu  barədə "Northern Sky Research” (NSR) agentliyinin hesabatında deyilir. Bu prosesin bazara 300 milyard dollar məbləğində ümumi gəlir gətirəcəyi bildirilir. Yeni peyklər arasında bütün forma, növ və kateqoriyadan olan aparatlar var. Bunlar həmçinin çəkisi 50 kiloqramlıq "mini peyk”lər və rabitə xidmətləri göstərən və çəkisi 6 tondan çox olan nəhəng aparatlardır. Sifarişçilərin də çox olacağı gözlənilir. Yeni şirkətlər arasında "Google” və aşağı yerətrafı orbitə çoxlu peyk çıxarmağı planlaşdıran Riçard Brensonun şirkəti yer alıb. Yeni peyklərə yüksək tələbat 2013-cü ildə də müşahidə olunub və 2014-cü ildə bu tendensiya davam edib. Belə ki, ötən il dünyada orbitə 116 peyk çıxarılıb, daha 149 yeni aparat sifariş edilib. "Kommersiya şirkətlərindən edilən sifarişlər dövlət və hərbi sifarişlərin sayını 2010-cu ildən ilk dəfə ötüb ki, buna da kosmik proqramların büdcəsinin maliyyələşdirilməsinin azalması və orbitdə peyk qruplarının cüzi artımı səbəb olub. Sektorun 2014-cü ildə müşahidə olunan ümumi artımının 2015-ci ildə də saxlanacağı gözlənilir”, - "NSR” nümayəndələri bildirib.


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws