2015-ci ildə dünyanın ən varlı adamı kim olub?

2015-03-03 16:17:39 / 7486 dəfə oxunub
Nüfuzlu "Forbes” jurnalının versiyasına görə, Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts 2015-ci ildə dünyanın ən varlı adamı seçilib. Bu barədə jurnalın illik reytinqində deyilir. Onun sərvəti 79,3 milyard dollar dəyərində qiymətləndirilib.
İkinci yeri 76,4 milyard dollarlıq var-dövlətlə meksikalı milyarder Karlos Slim tutub. Üçüncü pillədə 72,3 milyard dollarla məşhur iş adamı, "Berkshire Hathaway” şirkətinin təsisçisi Uorren Baffet qərarlaşıb.  
2015-ci ildə ən varlı qadın kimi "Wal-Mart” mağazalar şəbəkəsinin sahibi 60 yaşlı Kristi Uolton seçilib. Onun sərvəti 41,7 milyard dollar qiymətləndirilib, - "Qazeta.ru” yazır. 
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!