“BlackPhone” təhlükəsiz smartfonunun ikinci nəsli nümayiş olunub

2015-03-04 13:48:28 / 8025 dəfə oxunub
Kanadanın "Silent Circle” startapı Barselonada keçirilən "Mobile World Congress 2015” sərgisində "Blackphone” smartfonunun təkmilləşdirilmiş versiyasını nümayiş etdirib. İstehsalçılar bildirib ki, qurğu ən təhlükəsiz smartfon adına iddialıdır.
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.ru” saytına istinadən bildirir ki, "Blackphone 2” smartfonu 5,5 düym diaqonallı ekran, səkkiznüvəli prosessor, 3 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. Qurğunun digər xarakteristikaları hələlik bilinmir.
Məlumata görə, smartfon 2015-ci ilin ikinci yarısında bazara çıxarılacaq.
Xatırladaq ki, "Blackphone” smartfonunun birinci versiyası ilk dəfə 2014-cü ilin yanvarında elan edilib və iyulun əvvəlində bazara çıxarılıb. O zaman istehsalçılar əmin etmişdilər ki, smartfon istənilən icazə olunmamış müdaxilə cəhdlərindən və dinləmələrdən tamamilə qorunub, ancaq avqustda "BlackHat” kompüter təhlükəsizliyi üzrə konfransda Castin Keyz adlı iştirakçı beş dəqiqə ərzində "Blackphone” smartfonuna müdaxilə etməyə nail olub.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!