“Ultra HD” yaxın beş ildə əsas istiqamət olacaq

2015-03-04 13:48:58 / 7835 dəfə oxunub
"Intelsat" peyk operatorunun sifarişi ilə keçirilən qlobal tədqiqatdan məlum olub ki, rəyi soruşulan top-menecerlərin 63 faizi "Ultra HD" formatlı kontentdən istifadənin yaxın 5-7 ildə əsas istiqamət olacağını düşünür.
Respondentlərin 42 faizi artıq "4K/Ultra HD" standartında televiziya yayımının işə salınması barədə qərar qəbul edərək belə layihələrin həyata keçirilməsi üçün konkret müddət müəyyən edib. Bununla belə, "Ultra HD" texnologiyasının hansı seqmentlərdə daha əvvəl qəbul edilməsi ilə bağlı fikir ayrılıqlarının olması qeyd olunur.  
"4K/Ultra HD" formatının tətbiqinin sürətlənəcəyi seqmentlər arasında daha çox kinematoqraf (38 faiz), "ОТТ" və "DTH" texnologiyalarının adı çəkilir. Lakin texniki və digər şöbə əməkdaşlarının fikri ciddi fərqlənir. Bundan başqa, rəyi soruşulanların 60 faizi hesab edir ki, standart sifarişlə video seqmentində sürətlə inkişaf edəcək ki, bu da analoq kanalların birinci olacağını hesab edənlərin sayından təxminən iki dəfə çoxdur.
 Rəyi soruşulan peşəkarların fikrincə, "4K/Ultra HD" standartının tətbiqi üsulları regionlardan asılı olaraq fərqlənəcək. Məsələn, respondentlərin 47 faizi hesab edir ki, "Ultra HD" əvvəlcə Asiya-Sakit okean ölkələrində möhkəmlənə bilər. 34 faiz standartın ilk dəfə Şimali Amerika, 16 faiz Qərbi Avropa regionunda tətbiq ediləcəyini düşünür.  Rəyi soruşulanların üçdə bir hissəsi "Ultra HD"-nin tətbiqinin sürətləndirilməsi üçün əsas amil kimi çoxlu kontentin (38 faiz) və ev təsərrüfatlarına nüfuzetmənin (35 faiz) olmasını, eləcə də "Ultra HD" ilə uyğunluq təşkil edən rəqəmli televiziya qəbuledicilərinin (31 faiz) əldə edilməsinin mümkünlüyünü qeyd edirlər, - "Mediasat" yazır. 
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!