Mark Zukerberq: “Facebook” lazerlər, uçuş aparatları və peyklər hazırlayır

2015-03-04 13:54:50 / 4895 dəfə oxunub
"Facebook” hələ də pilotsuz uçuş aparatları, lazerlər və "Internet.org” layihəsi çərçivəsində peyklərin hazırlanması ilə məşğuldur. Bu haqda şirkətin "CEO”-su və təsisçisi Mark Zukerberq Barselonada keçirilən "Mobile World Congress” mobil texnologiyalar sərgisində çıxışı zamanı deyib.
 "ICTnews" elektron xəbər xidməti "searchengines.ru” saytına istinadən bildirir ki, o, öz çıxışının çox hissəsini üçüncü dünya ölkələrinin əhalisini internetlə təmin etməyi hədəfləyən "Internet.org” layihəsinin müzakirəsinə həsr edib. Zukerberq pilotsuz uçuş aparatları və başqa həllərin layihə çərçivəsində necə istifadə olunacağını dəqiqləşdirməyib. 
"Hazırda malik olduğumuz texnologiyaların bəziləri az səmərəlidir. Bizim peyk və başqa istiqamətlər üzərində işləməyimiz bu texnologiyaların planetin bütün sakinlərini internetlə təmin etmək məsələsinin öhdəsindən gələcəyi demək deyil. 5-10 il sonra bu sahədə çoxlu innovasiya olacaq" – şirkətin direktoru deyib.
 Bu istiqamətdə "Google” şirkətilə əməkdaşlıq etməklə bağlı Zukerberqə sual verdikdə o, belə cavab verib: "Əlbəttə".
 "Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq 2013-cü ilin avqustunda "Internet.org” layihəsini elan edib. "Internet.org” – bu, texnologiya sahəsinin liderləri, qeyri-kommersiya təşkilatları, yerli cəmiyyətlər və ekspertlər arasında qlobal əməkdaşlıqdır. Onlar dünya əhalisinin üçdə iki hissəsinin internetə çıxışını təmin etmək üçün səylərini birləşdirirlər. Müxtəlif resurslar, qabaqcıl təcrübə və müxtəlif alətlərlə mübadilə edən "Internet.org” proqramının tərəfdaşları 3 əsas inkişaf sahəsi üçün həll axtarırlar: əlçatanlıq, səmərəlilik, biznes modelləri.
 
2014-cü ilin oktyabrında "Internet.org” layihəsi İndoneziyada işə salınıb.
2015-ci ilin yanvarında "Facebook” "Internet.org” proqramını Kolumbiya, bir ay sonra Hindistanda işə salıb.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws