“WhatsApp” Avropada naşirlərin saytına trafik qazandırır

2015-03-05 13:22:22 / 4861 dəfə oxunub
İspaniya, İtaliya və Braziliyada istifadəçilər internet xəbərləri oxumaq üçün "WhatsApp” mobil messencerindən aktiv istifadə edirlər, amma ABŞ, Fransa və Böyük Britaniyada aşağı aktivlik qeydə alınıb.
 "ICTnews" elektron xəbər xidməti "searchengines.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə "Reuters” elmi tədqiqat institutu tərəfindən 20 min insan arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, orta hesabla dünyada 20 internet istifadəçisindən biri hər həftə xəbər oxumaq üçün "WhatsApp”dan istifadə edir. Gözləntilərə görə, cari ildə belə istifadəçilərin payı artmalıdır.
 "WhatsApp” messenceri bəzi bazarlarda yönləndirmələrin sayına görə "Facebook”u ötüb.
 Xatırladaq ki, ötən ay "WhatsApp” messencerinin auditoriyası 700 milyona çatıb.
 


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws