2014-cü il zərərli proqram təminatının sayına görə rekord il olub

2015-03-06 15:43:47 / 5456 dəfə oxunub
İspaniyanın "Panda Security” informasiya texnologiyaları (İT) şirkəti tərəfindən bu həftə təqdim edilən hesabata görə, 2014-cü il zərərli proqram təminatının sayına görə rekord il olub. Belə ki, ötən il ekspertlər tərəfindən 75 milyon kompüter virus növü aşkarlanıb.
Bu göstərici "Panda Security” tərəfindən ötən il aşkarlanan zərərli proqram təminatının sayını iki dəfədən çox üstələyir. 2014-cü ildə gündə orta hesabla 200 min zərərli virus nümunəsi qeydə alınıb.
 Zərərli proqram təminatı ilə bağlı son 25 il ərzində keçirilən tədqiqat zamanı şirkət ekspertləri 220 milyon zərərli virus aşkarlayıb. Bu sayın 34 faizi məhz 2014-cü ilin payına düşür. "Panda Security”nin texniki direktoru Luis Korronsun sözlərinə görə, 2015-ci ildə təhdidlərin sayının artacağı gözlənilir. "Bununla əlaqədar həm korporativ, həm də fərdi istifadəçilər onlara reaksiya verməyə hazır olmalıdır”, - texniki direktor vurğulayıb, - "SecurityLab www.securitylab.ru” yazır


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws