ABŞ məhkəməsi “Facebook” vasitəsilə boşanmağa icazə verdi

2015-04-09 15:10:02 / 7333 dəfə oxunub

Məhkəmə Nyu-York sakini Ellanora Baydonun (Ellanora Baidoo) boşanma barədə sənədləri öz həyat yoldaşına "Facebook” vasitəsilə göndərməsinə icazə verib.


Sabahinfo.az-ın "New York Daily News”a istinadən xəbərinə görə, qadın bildirib ki, həyat yoldaşı Viktor Sena Blad-Dzraku (Victor Sena Blood-Dzraku) onunla görüşmək istəmir və daimi ünvanı, iş yeri yoxdur. Onunla yalnız telefon və sosial şəbəkə vasitəsilə əlaqə saxlamaq mümkün olur.


Tərəflər 2009-cu ildə ailə qursalar da, heç vaxt birlikdə yaşamayıblar. Fikir ayrılığı ona görə yaranıb ki, kişi nikahın qeydiyyatı ilə yanaşı, onların vətəni olan Qananın adətlərinə uyğun mərasim təşkil etməyə razılaşmayıb. V.S.Blad-Dazraku boşanma barədə sənədləri qəbul etmək üçün həyat yoldaşı ilə görüşməkdən imtina edib. Ona görə də məhkəmə sənədlərin sosial şəbəkə vasitəsilə ona göndərilməsinə icazə verib.

Son xəbərlər
Atambayev saxlanıldı
2019-08-08 17:45:08
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!