Apple” bir sutkada yalnız ABŞ-da 1 milyona yaxın smart-saat satdı

2015-04-14 18:56:37 / 5113 dəfə oxunub

"Apple Watch” ağıllı saatlarının satışına başlayan "Apple” korporasiyası ilk sutka ərzində təkcə ABŞ-dan 1 milyona yaxın sifariş alıb.

Sabahinfo.az"Forbes”ə istinadən xəbərinə görə, bunu "Slice İntelligence” analitik şirkəti açıqlayıb.

ABŞ-dan 1 sutkada 957 min sifarişin gəldiyi, bir sifarişin qiymətinin orta hesabla 504 dollar təşkil etdiyi bildirilib.


ABŞ-la yanaşı, Kanada, Avstraliya, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Çin və Honkonqdan da sifarişlər qəbul edilib. Hələlik "Apple” özü bu haqda hər hansı informasiya açıqlamayıb. İlkin məlumatlar onu göstərir ki, "Apple” bütün istehsalçıların "Android Wear” bazasında 2014-cü ildə buraxdığı analoji qurğuların ümumi cəmindən daha çox ağıllı saat satıb. Ötən il smart-saat istehsalçıları "Android Wear” əməliyyat sistemi bazasında bazara cəmi 720 min qurğu çıxara biliblər.

Xatırladaq ki, "Apple Watch” satışları 10 apreldə internet yolu ilə başlayıb. İlin sonuna qədər 10 milyondan 32 milyona qədər smart-saatların satılacağı proqnozlaşdırılır.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws