Aydın Hüseynov: "Qanun nəyi diqtdə edirsə, vətəndaşlar ona tabe olmalıdır" - MÜSAHİBƏ

2015-04-15 15:11:31 / 4438 dəfə oxunub

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Sabahinfo.az saytına müsahibə verib.

- Aydın müəllim, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq işğalçı ölkəni qeyri-konstruktiv mövqeyindən əl çəkməyə çağırdı. Siz bu məsələlər haqda nə deyə bilərsiniz?

- Erməni xalqının özünün düşməni olan Serj Sərkisyan və onun quldur dəstəsi artıq dizinə qədər böyük cinayətlərin içərisindədir. Bu şəxs öz xalqına, beynəlxalq qanunlara, tələblərə, eləcə də qonşuluğunda olan dövlətlərə qarşı birbaşa olaraq cinayətkardır. Ona görə də onların yeganə çıxış yolu bu gün həmin məsələlərin olduğu kimi saxlanılmasıdır. Rəsmi İrəvan istəyirki Dağlıq Qarabağ məsələsi həll olunmasın və status-kvo olduğu kimi qalsın. Çünki status-kvo dəyişdikdə artıq erməni xalqı ağı-qaradan seçəcək. Bununla da erməni xalqı məsələlərə açıq gözlə baxacaq. Hər şey üzə çıxanda isə Sərkisyanın quldur dəstəsinin bütün cinayətləri məlum olacaq. Çox təəssüf ki, Ermənistanın quldur hakimiyyətinin ömrünün uzanmasına dəstək olan beynəlxalq təşkilatlar var. Cənab Prezident birmənalı olaraq bəyan etdi ki, Dağlıq Qarabağ məsələsində Azərbaycan dövləti öz mövqeyindən bir addım da olsun geri çəkilən deyil. Azərbaycan dövləti işğal olunmuş torpaqlarını işğal edəcək və biz tarixi dədə-baba yurdlarımıza qayıdacayıq. Təbii ki, gec-tez bu da olacaq. Ümumiyyətlə tarix, bütün proseslər də sübut edir ki, cinayətkarın ömrü çox uzun olmur. Bu gün regionda Azərbaycanın iştirakı, icazəsi olmadan heç bir layihə reallaşdırıla bilməz. Eyni zamanda regionda siyasi, iqtisadi, hərbi baxımından ölkəmiz güc mərkəzinə çevrilib. Artıq Azərbaycan dünyada unikal bir dövlət kimi qəbul olunub. Heç də bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu artıq ölkəmizə beynəlxalq təşkilatların, arenanın inamı deməkdir. Təbii ki, bütün bunlar birbaşa Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir.

- Antiqüvvələrin Azərbaycan qarşı ikilistandartlığı nədən xəbər verir?

- Əgər Azərbaycanın iqtisadi, siyasi vəziyyəti Ermənistandan aşağı vəziyyətdə olsa idi, ölkəmizə qarşı heç bir kampaniya həyata keçirilməyəcəkdi. Amma hazırda ölkəmizin artan nüfuzu, iqtisadi göstəriciləri bəzi beynəlxalq təşkilatları çox ciddi narahat edir. Ona görə də onlar dövlətimizə qarşı ikilistandartlardan çıxış edirlər və qarayaxma kampaniyası aparırlar. Ölkəmizin qısa bir zaman ərzində dünya ölkələri arasında öz mövqeyini, rolunu möhkəmlətməsi böyük qısqanclığa səbəb olub. Bu gün dünyaya Azərbaycan standartları tətbiq olunur. Digər tərəfdən burada müəyyən maraqlar da var. Prezident İlham Əliyevin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasəti mükəmməl şəkildə həyata keçirilir. Sözsüz ki, ildən-ilə də bizim nüfuzumuz daha da artacaq.

-Avropa Siyasi Analitik Mərkəzi Avropa İttifaqını bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını boykot etməyə çağırış edib. Bu barədə fikirlərinizi almaq istərdik.

- Ümumiyyətlə bütün məsələlərdə xaricdə fəaliyyət göstərən erməni lobbisinin əli var. Avropa Oyunları ilə bağlı Azərbaycan çox uğurlu bir məkan olaraq seçilib. Azərbaycan o Olimpiya Oyunlarının keçirilməsi üçün uğurlu bir məkan olaraq seçilməklə yanaşı, ölkəmiz buradakı bütün təşkilati məsələləri çox yüksək və maraqlı bir formada hazırlayıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu məsələlərlə bağlı gördüyü işlər bizləri çox sevindirir. Artıq ölkələrin siyahısı, iştirak edəcək idmançılar müəyyən olunub. Beləcə oyunlara sayılı günlır qalıb. Bununla da sözügedən oyunları boykota səsləyən mərkəzlər çox gecikib.

-Aydın müəllim, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının aprelin 19-na planlaşdırdığı mitinqə icazə versə də, amma onlar böyük israrla yürüş keçirmək niyyətlərinin olduğunu dilə gətiriblər. Sizcə onları yürüş keçirməyə nə vada edir?

- Müsavat adlı bir partiya artıq Azərbaycanın siyasi səhnəsindən silinib gedib. Əslində bütün partiyalarda, siyasi qurumlarda qurultaydan sonra bir canlanma olur və müəyyən istiqamət götürülür. Beləcə partiyadaxili nəyəsə nail olunur. Amma Müsavat Partiyasının qurultayı o demək idi ki, artıq bu partiya öz sonuna çatıb. Qurultaydan sonra daxildəki çəkişmələr Qubad İbadoğlunun, Arif Hacılının ayrılmaları və s. bunlara bariz sübutdur. Yəni artıq sözügedən partiyanın adından başqa heç bir şeyi qalmayıb. Bəs gəlin görək onlar indi nəyə çalışırlar? Ən böyük istəkləri quru adın qorunmasına çalışmaq və bunun üçün də Bakı Şəhər İcra Hakimiyyətindən yürüşə razılıq istəyirlər. Amma BŞİH onlara yalnız Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirilməsi təklif edib. Onlar isə bununla razılaşmırlar. Hətta onlar keçən dəfə keçirdikləri mitinqə böyük israrla 100 minlik insan toplayacağını desələr də, heç ora 500 adam belə toplaya bilmədilər. Heç şübhəsiz ki, əgər onlar ötən dəfə 500 nəfər adam toplaya bilməyiblərsə, indi heç 100 nəfərdə toplaya bilməyəcəklər. Çünki onların tərəfdarları və onlara inananlar yoxdur. Müsavat siyasi səhnədən silinib. Mitinq odur ki, konkret bir məkanda keçirilir və insanlar gəlib orad iştirak edirlər. Amma hər birimiz şahidik ki, müxalifət insanları ora cəlb edə bilmir. Yeganə variantları isə küçə yürüşləri edərək insanların rahatlığını pozmaq və bunun da müqabilində şou hazırlamaqdır. Təbii ki, onların şousuna maraq göstərənləri də özlərinin say hesabına əlavə edərək deyəcəklər ki, biz xeyli sayda insan topladıq. Digər tərəfdən onlar xeyli sayda qanun pozuntusuna da yol verəcəklər. Beləcə burada bir insident yaradılmasına cəhd olunacaq. Ən başlıca məqsəd isə hamının diqqətini yürüşə cəlb etmələridir. Hamı bilir ki, qanun nəyi diqtdə edirsə, bütün Azərbaycan vətəndaşları da ona tabe olmalıdır.

-Ümumiyyətlə müxalifətin mitinq, küçə yürüşləri etməsi, müxtəlif bəyanatlar səsləndirməsi xaricdən qrant almağa hesablanıb yoxsa ki burada başqa amillər mövcuddur?

- İllərin təcrübəsi onu göstərir ki, Azərbaycanda fəaliyyətdə olan müxalifət və xüsusilə radikal müxalifət daimi olaraq kənardakı sifarişləri yerinə yetirir. Təbii ki, kənardakı sifarişlər də qrantlar, ianələrdir. Sözsüz ki, bunların hər bir aksiyasının arxasında kənardakı mərkəzlərin əli, maliyyəsi və qrantları dayanır. Hətta onlar aldıqları qrantların hesabatını vermək üçün müxtəlif səpkili mitinqlər keçirirlər, bəyanatlar səsləndirirlər. Çünki onları maliyyə ilə təmin edən mərkəzlərə çoxlu borcları var. Mərkəzdən aldıqları qrantların, maliyyələrin müqabilində onlar heç nə edə bilmirlər. Digər tərəfdən onlar Azərbaycan cəmiyyətinin düşüncəsinin əksinə gedirlər. Beləcə Azərbaycanı cəmiyyəti də onları qəbul etmir. Bu gün Azərbaycan cəmiyyəti, vətəndaşları ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşib. Azərbaycan Prezidenti ilə vətəndaşları arasında çox səmimi bir ünsiyyət var. Bu gün dövlət başçısının həyata keçirdiyi siyasət hər bir Azərbaycan vətəndaşının özünü qürurlu aparmasına, sosial-rifah halının yaxşılaşmasına, iqtisadi və siyasi rifahının artmasına yönəlib. Təbii ki, belə halda müxalifət Azərbaycan cəmiyyəti, vətəndaşları arasına daxil ola bilmir. Bu gün ölkə vətəndaşlarının istəyini Azərbaycan dövləti və onun rəhbəri həyata keçirir. Artıq burada digər bir siyasi qüvvənin manevr etmək imkanı tükənib.




Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04
Deputatlarımız Maliyə gedir
2017-01-21 12:37:57
Millimiz 9-cu oldu
2017-01-21 12:12:06



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws