Warning: session_start(): open(/tmp/sess_7f2d3bd0d2a225ed63fb684562a23886, O_RDWR) failed: No space left on device (28) in /data/sabahinf/public_html/index.php on line 2

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/sabahinf/public_html/index.php:2) in /data/sabahinf/public_html/index.php on line 2
Sabahinfo.az |

Şuşanın rəmzi Qaxda - VİDEO

Şuşanın rəmzi sayılan Xarı bülbül Qaxda çiçək açıb. Təbiətin yalnız Azərbaycana bəxş etdiyi bu gülün kənddə çiçək açması hamını heyrətləndirib.

2015-04-16 15:03:34 / 5703 dəfə oxunub

Sabahinfo.az xəbər verir ki, Qaxın Şıxlar kəndində Qurbanovlar ailəsinə məxsus meyvə bağında məskəni doğma Qarabağımız hesab olunan Xarı bülbülün yetişməsi ev sahiblərini heyrətləndirib.

Ailənin kiçik oğlu Rəşad bağda oynayarkən təsadüfən xarı bülbülə rast gəlib. Dərsliklərdən bu bitki haqqında məlumatı olan Rəşad dərhal valideynlərinə xəbər verib:

"Bağda oynuyanda gördüm ki, ayağımın altında Xarı bülbül var. Sonra hamıya dedik gəlib baxdılar. Evdə atama və anama deyəndə onlar inanmadılar. Sonra gəlib özləri də baxdılar", - deyə Rəşad bildirib. 

Şuşanın rəmzi olan Xarı bülbülün indi Qaxda bitməsini ilk nəvəsindən eşidən Elmira müəllimə əvvəlcə buna inanmayıb. Bu bitkiyə indiyədək burda təsadüf edilmədiyini deyən Elmira Qurbanzadə Xarı bülbülün Qaxa gəlməsini bölgənin Şuşanın təbiətinə bənzərliyilə əlaqələndirir:

Xarı bülbülün adını eşidən kənd sakinləri də bu bənzərsiz gülü görməyə gəlir. Ailə isə adı Qarabağla yanaşı çəkilən və təbiətin yalnız Azərbaycana bəxş etdiyi bu gülün onların kəndində yetişməsinə sevinməklə yanaşı, Xarı bülbülün də doğma torpağından didərgin düşməsinə təəssüf edir.

"Bu Xarı bülbül gülü bizdə bitib. İstəyərik ki, Xarı bülbül bizim arxamızca yox, biz onun arxasınca gedək. Və Şuşada öz vətinində bu Xarı bülbülü görək. O günü Allah qismət etsin”, - deyə kənd sakini Elmira Qurbanzadə bildirib.

Sanki gülün üzərinə qonmuş bülbülü xatırladan Xarı bülbüllə bağlı əfsanələr yazılıb, musiqilər oxunub. 

Amma təəssüf ki, indi Qarabağ, Şuşa kimi, xarı bülbülün də adını bir nisgillə çəkirik. 

İndi Qaxa pənah gətirən Xarı bülbülün gözəlliyini Şuşanın çəmənliklərində seyr etməksə, hər birimizin arzusudu.

 

 




Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws

Warning: Unknown: open(/tmp/sess_7f2d3bd0d2a225ed63fb684562a23886, O_RDWR) failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0