İKT-yə qoyulan investisiya artıb

2015-04-24 12:46:10 / 5866 dəfə oxunub
Azərbaycanın İKT sahəsinə qoyulmuş investisiyaların həcmi 2015-ci ilin yanvar-mart ayları ərzində 104,5 milyon manat təşkil edib. 


Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

Birinci rübün yekunlarına görə, müəssisələr və nazirliyin bölmələri tərəfindən İKT sahəsinə 41,2 milyon manat investisiya qoyulub.

Azərbaycanda İKT sahəsinə ilin əvvəlindən qoyulmuş investisiyanın həcmi ölkə iqtisadiyyatına qoyulmuş ümumi investisiyanın 3,2 faizini təşkil edir və 2014-cü ilin analoji dövrünün göstəricisini üç dəfə üstələyir.

Nazirliyin məlumatına əsasən, ölkədə rabitə müəssisələrinin kapital qoyuluşları hesabına 16 yeni ATS istismara verilib, biri yenidən qurulub və daha 24 ATS modernləşdirilib. Nəticədə respublika üzrə ATS şəbəkəsinin montaj nömrə tutumu 1,84 milyonu, əsas telefon aparatlarının sayı isə 1,49 milyonu ötüb.

Qoyulmuş investisiyalar hesabına uzunluğu 138,5 kilometr olan kabel magistralının salınması üzrə işlər görülüb. ADSL portlarının sayı 12,9 mindən çox artırılıb.

Azərbaycanın İKT sektoru və poçt rabitəsi üzrə əldə edilən gəlirlərin həcmi I rübdə 397,3 milyon manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrünün göstərcisini 10,5 faiz üstələyir. I rüb ərzində nazirliyin struktur bölmələrinin əldə etdiyi gəlirlər 77,9 milyon manat olub.

Nazirlikdən qeyd ediblər ki, Azərbaycan ÜDM-ində İKT sahəsinin xüsusi çəkisi göstərilən dövrdə 2,3 faiz, qeyri-neft ÜDM-də isə 3,3 faiz təşkil edib. İKT sektoru üzrə əldə edilmiş gəlirlərin 80,1 faizi özəl sektorun payına düşüb.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws