Dünyanı dəyişəcək 4D texnologiyası gəlir

2015-04-27 17:54:16 / 5391 dəfə oxunub

Dünyada 3D çap texnologiyası hələ çox geniş yayılmasa da, artıq alimlər 4D çap texnologiyasını da yaratmağa nail olublar.Adalet.azİKT.lent.az-a istinadən xəbər verir ki, Avstraliyanın Vullonqonq Universitetinin alimləri bu sahədə əldə edilmiş yenilikləri təkmilləşdirərək 4D çap texnologiyası yaratmağa nail olublar.

Məlum olduğu kimi, müasir 3D printerlər yemək, oyuncaq, silah, fərdi protezlər də daxil olmaqla, ən müxtəlif predmetlər hazırlamağa imkan verir. 4D printerlər 3D-lər kimi, lazımi obyekti lay şəklində çap edir, lakin çap üçün adi ənənəvi plastik yox, digər materiallardan istifadə olunur. Təcrübə üçün alimlər hidrogeldən hazırlanan materialı seçiblər, xarici faktorların təsiri ilə onun öz həcmini dəyişmək qabiliyyəti var. Təcrübə zamanı tədqiqatçılar isti su axıtdıqda avtomatik olaraq bağlanan "ağıllı” ventil yaradıblar. Onun çapı üçün ilk dəfə olaraq 4 ayrı kartric və aktivasiya materialı kimi möhkəm gel ilə birlikdə adi printerdən istifadə olunub. Tədqiqat müəlliflərinin fikrincə, hazırladıqları texnologiyanın tətbiqinin geniş perspektivləri var və yeni kəşf yaxın gələcəkdə dünyanı dəyişə bilər.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws