Beynəlxalq Olimpiya Komitəsi telekanal açır

2015-04-27 17:54:56 / 5636 dəfə oxunub

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2016-cı ilin aprelində - Rio-de-Janeyroda Olimpiya Oyunlarının başlanmasına bir neçə ay qalmış rəqəmli "Olympic TV” telekanalını istifadəyə verməyi planlaşdırır.

Sabahinfo.az-ın "TASS”a istinadən xəbərinə görə, Olimpiya yayım xidmətinin icraçı direktoru Yanis Eksarkos bildirib ki, Madriddə yerləşəcək yeni olimpiya telekanalının ştatı 100 nəfərdən ibarət olacaq. Onlar olimpiya yarışlarına və idman növlərinə həsr edilən proqram və filmlərin, eləcə də keçirilmiş oyunların xronikasının istehsalı ilə məşğul olacaqlar.

Bildirilir ki, kanal yatırılacaq 600 milyon dollarlıq investisiyanı 10 ilə ödəyəcək. Telekanalın istifadəyə verilməsi BOK tərəfindən ötən ilin dekabrında təsdiq edilən "Olimpiya proqramı-2020” islahatlar proqramının tərkib hissəsidir.

Kanalın yaradılması BOK-un üzvləri tərəfindən ötən ilin dekabrında Monakoda keçirilən iclasında bəyənilib.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws