Türkmənistanın ilk kosmik peyki orbitə çıxarıldı

2015-04-28 11:33:37 / 5731 dəfə oxunub

Bazar ertəsi ABŞ-ın "SpaceX” şirkəti tərəfindən kosmosa buraxılan Türkmənistanın ilk telekommunikasiya peyki uğurla geostasionar orbitə çıxarılıb.

Sabahinfo.az "TASSA"a istinadən xəbərinə görə, bu barədə "SpaceX” rəhbəri Elon Mask deyib.

Məlumata görə, çəkisi 4,5 ton təşkil edən aparat 52º şərq uzunluğu orbital mövqeyində, Yer kürəsindən 35786 km hündürlükdə yerləşəcək. Peykin nəzərdə tutulan istismar müddəti 15 ildir.

Start ABŞ Hərbi Hava Qüvvələrinin Kanavarel kosmodromu yaxınlığında yerləşən bazasından "Falcon 9” raketdaşıyıcısı vasitəsilə həyata keçirilib. Bildirilir ki, aparat Türkmənistanın ilk rabitə peyki olacaq. Hazırda ölkəyə Rusiyanın "Yamal” peyki xidmət göstərir.

Peykin buraxılışı bir neçə dəfə təxirə salınıb. Əvvəlcə buraxılış martın 21-nə planlaşdırılsa da, raketdaşıyıcısının mühərrikinin sınaqlarını keçirməyə imkan verməyən texniki problemlər səbəbindən ertələnib. Axırıncı dəfə peykin orbitə çıxarılması martın 30-na nəzərdə tutulub, lakin start yenidən təxirə salınıb.

2009-cu ildə ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov internet və televiziyanın inkişafına impuls vermək məqsədilə milli kosmik rabitə peyki yaratmaq barədə qərarın qəbul edilməsin bəyan edib. 2011-ci ildə Fransanın "Thales Alenia Space” şirkəti "Spacebus 4000” platforması əsasında aparatı layihələndirməyə başlayıb.

"Thales” və "SpaceX” şirkətləri ilə imzalanan sazişə əsasən, "TurkmenAlem” "Falcon 9” ikipilləli raketdaşıyıcısı vasitəsilə daimi geostasionar orbitə çıxarılacaq. İstismar müddəti 15 il təşkil edən peykin göyərtə aparaturası yerüstü radiostansiyaların siqnallarını qəbul edə, onları gücləndirə və yenidən digər yerüstü radiostansiyalara yayımlaya biləcək. Peyk Türkmənistan, Orta Asiya ölkələrini, İran, Türkiyə, Şimali Afrika və Avropanın böyük hissəsini yayımla təmin edəcək.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws