Dünya bazarında "Apple"in payı artıb, "Samsung"un payı azalıb

2015-04-29 17:20:39 / 6073 dəfə oxunub

"Strategy Analytics” tədqiqat şirkətinin məlumatına görə, 2015-ci ilin birinci rübündə dünya mobil telefonlar bazarının həcmi 8 faiz artaraq 445 milyon qurğuya çatıb.

Sabahinfo.az-ın "DailyComm”a istinadən xəbərinə görə, bu sayın 345 milyonunu smartfonlar təşkil edib. Beləliklə, ötən rübdə buraxılan hər onuncu mobil telefondan səkkizi smartfonlar sinfinə aid olub.

İstehsalçılar arasında ən yaxşı dinamikanı Çin və ABŞ-da "iPhone 6” modelinə yüksək tələbat fonunda illik ifadədə bazar payı 11 faizdən 14 faizədək artan "Apple” şirkəti nümayiş etdirib. Cari ilin yanvar-martında dünyada 61,2 milyon "Apple” aparatı tədarük edilib ki, bu da bir il əvvəlki göstəricidən 40 faiz çoxdur.

Tədarükün 12 faiz azalmasına baxmayaraq, "Samsung” mobil telefonlar bazarında liderliyini qoruya bilib. Ötən rübdə Cənubi Koreya şirkəti 99 milyon mobil telefon tədarük edib. Bir il əvvəl bu göstərici 113 milyona bərabər olub. Bunu nəzərə alaraq şirkətin payı 27,4 faizdən 22,2 faizədək azalıb.

Liderlər üçlüyünü 2014-cü ildə "Nokia” şirkətinin mobil biznesini satın alan "Microsoft” korporasiyası tamamlayır. ABŞ korporasiyası 33,7 milyon mobil telefon istehsal edib ki, bu da ötən il buraxılan 47 milyon qurğudan 28 faiz azdır. "Microsoft”un payı 11,4 faizdən 7,6 faizədək azalıb ki, bu da "Strategy Analytics”in apardığı müşahidə tarixində ən aşağı nəticədir. Azalmaya "feature phone" sinfindən olan qurğuların tədarükünün aşağı düşməsi, eləcə də yeni "Windows 10” əməliyyat sisteminin çıxması ərəfəsində "Lumia” smartfonlarına tələbatın azalması səbəb olub.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws