TV vasitəsilə kommunal xidmətlər üzrə ödəniş etmək olacaq

2015-04-30 11:01:10 / 5712 dəfə oxunub

Azərbaycanda kommunal və digər xidmət növləri üzrə ödənişi televizor vasitəsilə həyata keçirmək mümkün olacaq. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbə qeyd edib ki, yeni xidmətdən resiverlər (HTTP Live Streaming - HLS protokolunu dəstəkləyən) vasitəsilə istifadə etmək mümkün olacaq. Resiverlərdə "şəxsi kabinet" opsiyası yerləşdiriləcək.

Onun sözlərinə görə, yeni platformanın "Elektron hökumət" (e-gov.az) portalının server platformalarına inteqrasiyası sayəsində onlayn ödənişlər etmək mümkün olacaq.

HLS yeni yayım standartı yaxın həftələrdə kommersiya istismarına veriləcək, sonra onlayn ödənişlər opsiyası işə salınacaq.

HLS protokolunun üstünlüyü ondan ibarətdir ki, TV paketə internetin (internet xidmətinin tədarükçüsündən asılı olmayaraq) olduğu istənilən yerdən daxil olmaq mümkündür.

HLS-də TV proqramlarına distant idarəetmə pultu ilə birlikdə tövsiyə edilən IP-dekoderlər (Set-Top-Box) vasitəsilə baxmaq mümkün olacaq.

İstifadəçilər bir neçə TV paketdən yararlanacaqlar. Paketlərdə kanalların sayı 60 (baza paketi) və daha çox olacaq. Abonent haqqı 9 manatı ötməyəcək. Ödənişi onlayn və ictimai yerlərdə quraşdırılan ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkün olacaq.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws