Əli Abbasov “TeliaSonera” şirkətinin prezidenti ilə görüşüb

2015-05-05 13:34:44 / 5900 dəfə oxunub
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda səfərdə olan "TeliaSonera” şirkətlər qrupunun prezidenti Johan Dennelindin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ə. Abbasov
Azərbaycanda rabitә vә yüksək texnologiyalar sahəsinin son illərdə ardıcıllıqla inkişaf etdiyinə diqqət çəkərək, bu inkişafda mobil rabitə sektorunun xüsusi çəkisi olduğunu vurğulayıb.
İKT-nin digər istiqamətlərində olduğu kimi, mobil infrastrukturun modernləşdirilməsinin də əsas məsələlərdən olduğunu qeyd edən nazir bu baxımdan texniki məsələlər, eləcə də şirkətlə perspektiv əməkdaşlıq istiqamətlərindən söz açıb.
"TeliaSonera” şirkətlər qrupunun prezidenti Johan Dennelind də qarşılıqlı, faydalı əməkdaşlıq prinsiplərinə söykənən münasibətlərin bundan sonra da uğurla davam etdirilməsinə maraq göstərdiklərini bildirib.
Görüşdə, həmçinin, "TeliaSonera” şirkətlər qrupuna daxil olan "Azercell Telekom” MMC-nin mobil rabitə sektorunda qazandığı nailiyyətlərdən danışılıb, o cümlədən "Bakı 2015” I Avropa Oyunlarının təşkili zamanı oyun və təşkilati məkanların mobil rabitə xidmətləri ilə təmin edilməsində şirkətin yaxından iştirak etdiyi bildirilib.
Eyni zamanda şirkətin Azərbaycandakı fəaliyyətinin yeni səviyyəyə qaldırılması üçün göstərilən səy və perspektiv planlara toxunulub, LTE texnologiyalarının inkişaf etdirilməsi, müştəri məmnunluğu üçün keyfiyyətin artırılması istiqamətində tədbirlərin daha da gücləndirilməsi, "Bakı 2015” I Avropa Oyunları zamanı keyfiyyətli rabitə xidmətlərinin təmin edilməsinin vacibliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws