Google loqosunu dəyişdi

2015-09-02 10:38:44 / 6176 dəfə oxunub

Kaliforniyanın Google şirkəti öz loqotipini yeniləyib. Dəyişikliklər loqonun şriftini və onun əlavə texniki elementlərini əhatə edib. Bununla belə, təsvirin konsepsiyası – şirkətin altı hərfdən ibarət adı və rəng qamması qorunub saxlanılıb.

"Loqotip daha incə və sadə olub. O mobil internet-platformalara indi daha çox yaraşır və smartfonların ekranında daha optimal görünür”, deyə KTLA telekanalı qeyd edib.

Google rəhbərliyinin yaydığı məlumatda isə yeni loqonun daha "sadə, parlaq, lakonik və daha yaxın” olduğunu qeyd edib.

Qeyd edək ki, loqotipin yenilənməsi Google şirkətinin strukturunun tamamilə dəyişməsindən sonra baş verib. Google şirkəti hazırda yeni yaradılmış Alphabet holdinqinin törəmə qurumuna çevrilib.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws