"Facebook"da daha bir yenilik

2015-11-07 13:35:12 / 4401 dəfə oxunub

"Facebook" paylaşılan musiqinin 30 saniyəsini dinləmək imkanı verən yeni funksiyasının tətbiqini elan edib.

"Music Stories" kimi tanınan bu funksiya "musiqi axtarışı və paylaşımını asanlaşdırmaq" məqsədi daşıyır.

30 saniyəlik dinləmə Spotify və Apple Music-dən yayımlanacaq və həvəskarlar xoşladıqları musiqini pulla ala və ya saxlaya biləcəklər. Bu o deməkdir ki, "Facebook" istifadəçiləri mobil tətbiqi tərk etmədən musiqi dinləyə və paylaşa biləcəklər. Hazırda texnologiya dünyasında musiqi paylaşımı ilə video görüntülər mübarizə aparır.

Avqustda "Vine" video şəbəkəsi elan edib ki, videolarda hansı mahnının ifa edildiyini bilmək üçün "Shazam"-dan istifadə edəcək. Lakin sosial media şəbəkəsinə musiqi əlavə edilməsi hələ yaxşı pul gətirməyib.

"İnstagram" aprel ayında @music funksiyasını təqdim etsə də, kütləvi izləmə əldə etməyib. "İnstagram"ın direktoru Kevin Systrom Newsbeat proqramına deyib ki, "bu yalnız zaman məsələsidir, çünki musiqi dominant olacaq".

"Twitter"in də musiqi paylaşımı sahəsində təcrübəsi uzun sürməyib.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws