Əli Abbasov rəhbərlik etdiyi nazirlikdəki həbslərdən danışdı

2015-11-09 14:49:07 / 6201 dəfə oxunub

"...Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”

"Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin maliyyə və təsərrüfat fəaliyyətinə aid istintaq araşdırmaları aparılır”

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) maliyyə və təsərrüfat fəaliyyətinə aid istintaq araşdırmaları aparılır.

APA-nın məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "Milli Təhlükəsizlik Nazirliyi işi” ilə bağlı aparılan həbslərə və istintaq araşdırmaları barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Ə. Abbasov qeyd edib ki, bu, ilkin araşdırmalardır və bununla bağlı digər müəssisələrdə də araşdırma aparılır: "Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin maliyyə və təsərrüfat fəaliyyətinin Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.

Nazir deyib ki, hazırda nazirlik əməkdaşlarından müvəqqəti saxlanılanlar var: "Onları müvafiq şəxslər əvəz edir və hesab edirəm ki, bu gün Azərbaycanda rabitə sistemi tələb olunan standartlara cavab verir, qanuni fəaliyyət göstərir. Burada heç bir problem yoxdur”.

Ə. Abbasov nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun həbs olunması ilə bağlı yayılan xəbərlər barədə suala cavab verməkdən imtina edib.

Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!