“Facebook”dan imtina insanları xoşbəxt edir

2015-11-12 14:45:06 / 4205 dəfə oxunub

"Facebook” sosial şəbəkəsindən imtina insanların əhvalını xoş edir, onlarda qəzəb və tənhalıq hissini aradan qaldırır. Bu barədə "The Times” nəşri Kopenhagen Universitetinin araşdırmasına istinadən məlumat yayıb.

Tədqiqat göstərib ki, bir həftə "Facebook”a girməyən insanın öz həyatından məmnunluğu artır. Analitiklər qısa müddətdə bu qədər dəyişiklikdən təəccübləniblər. Onlar ümid edirlər ki, sosial medianın təsirləri haqqında məlumatlılığın artması insanların həyatdan daha çox zövq almasına yardımçı olacaq. Ekspertlər hesab edir ki, "Facebook” və digər bu tipli saytlar "redaktə olunmuş” həyatlara dair sonu görünməyən axın deməkdir ki, bu da insanların reallıq barədə təsəvvürlərini təhrif edir.

Universitet 1095 Danimarka vətəndaşını seçərək onlardan bir həftə sosial şəbəkələrə daxil olmamağı xahiş edib. İştirakçılara eksperimentdən əvvəl və sonra 1-dən 10-a qədər şkala üzrə həyatdan məmnunluqlarını qiymətləndirmələri təklif edilib. Yeddi gün ərzində məmnunluq səviyyəsi 7,56-dan 8,12-yə yüksəlib. Eksperimentdə iştirak edənlər sosial həyatda daha fəal olduqlarını, aqressiya və tənhalıq duyğusundan uzaqlaşdıqlarını söyləyiblər.

Kopenhagen Universitetindən Mayk Uaykinq "Facebook” istifadəçilərini öz uğursuzluqları və məyusluqlarını tez-tez bölüşməyə çağırıb ki, internet insanlarda real həyat haqqında təhrifolunmuş təsəvvür formalaşdırmasın.




Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09
Dollar UCUZLAŞDI
2017-05-23 17:15:42



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws