"Delta Telecom": DATA Mərkəzdə yanğın olub

2015-11-17 09:00:32 / 6533 dəfə oxunub

Azərbaycan ərazisində internet təchizatında yaranan problem DATA Mərkəzində baş verən yanğınla əlaqədardır.

Bunu "APA-Economics"ə "Delta Telecom" MMC-nin daxili xidmət rəhbəri Anar Gülməmmədov bildirib.

"Ciddi problem yoxdur. Sadəcə olaraq DATA Mərkəzində kabellərdə tüstülənmə baş verib. Nasazlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Ehtiyyat avadanlıqlar işə salınacaq. Kiçik bir hissədə ana kabellər yanıb. Ana kabel yandığına görə, internet təchizatında problem yaranıb. Hazırda ana kabel bərpa olunub", - deyə A. Gülməmmədov bildirib.

"Hadisəyə kiberhücum səbəb olmayıb", - deyə A. Gülməmmədov bildirib.

Qeyd edək ki, noyabrın 16-da günün ikinci yarısından etibarən ölkənin böyük hissəsində İnternetin kəsilməsi internet-provayderlər, bank sistemi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, bir çox elektron KİV-lərin və işində məhdudiyyətlər yaradıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!