Azərbaycanda internetin verilişi bərpa olunub

2015-11-17 08:16:15 / 3789 dəfə oxunub

"Delta Telekom”da baş vermiş tüstülənmənin səbəblərinin araşdırılmasına başlanılıb

Bu gün saat 16.00 radələrində Azərbaycan ərazisinə internetin verilişində problem yaranıb.

APA-nın xəbərinə görə, problemin yaranmasına "Delta Telekom”da baş vermiş tüstülənmə səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib və tüstülənmənin qarşısı alınıb.

Ölkənin əsas internet istehsalçısı olan şirkətin fəaliyyətində fasilə yaranması dövlət orqanlarının, internet provayderlərinin, bankların, media şirkətlərinin, bəzi mobil operatorların, Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin işində fasilə yaradıb.

"Delta Telekom”da baş vermiş tüstülənmənin səbəblərinin araşdırılmasına başlanılıb. Hadisə yerinə Rabitə və Yüksək Texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov da gəlib.

"Delta Telekom”dan əldə edilən ilkin məlumata görə, hadisə nəticəsində serverlərin yerləşdiyi Data Mərkəzlərə zərər dəyməyib. Sadəcə, internet xətləri ilə bağlı texniki problemlər yaranıb.

Saat 23.30 radələrində Azərbaycanda internetin verilişi tam bərpa olunub.

Hadisə ilə bağlı dəyən ziyanın miqdarı barədə hələlik məlumat verilməyib.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws