Ölkədə internet bahalaşacaq

2015-12-26 12:22:21 / 3990 dəfə oxunub

"Delta-Telecom" şirkəti Azərbaycan bazarında xidmətlərinin qiymətlərini stabil saxlamaq üçün maksimum dərəcədə çalışır. Lakin eyni zamanda qiymət artımının olmaması təkcə müəssisədən asılı deyil. Belə ki, artıq uzun müddətdir ISP (internet xidmətləri təminatçısı) və digər işlədicilərin müəssisəyə külli miqdarda borcları yaranıb".

Sabahinfo.az-ın məlumatına görə, bunu "Report"un sorğusuna cavab olaraq "Delta-Telecom"dan bildiriblər.

Azərbaycanın ən iri internet provayderlərindən biri olan şirkət əlavə edib ki, müştəriləri vaxtı-vaxtında ödənişlər aparmır: "Buna görə də bütün işlədicilərdən xahiş edirik ki, müəssisəmizə olan borcları dərhal ödəməklə yanaşı, aylıq ödənişləri də vaxtında aparsınlar. Əks təqdirdə çevrilmə faizi dəyişdiyinə görə və müqavilənin müvafiq bəndlərinə uyğun olaraq, gecikmiş ödənişlərə üçün cərimə faizi tətbiq ediləcək".

Daha sonra internet provayderi əlavə edib ki, "Delta-Telecom" internetin əsas hissəsini Avropanın "Tier1" operatorlarından ("TeliaSonera", "GlobeInternet", "Level 3", "GlobalCrossing", "Tinet" provayderləri) alır və xidmətlərə görə ödənişlər avro və dollarla aparılır. Eyni zamanda, internetin yüksək keyfiyyətinin təmin edilməsi üçün "Delta-Telecom" tərəfindən ən azı üç istiqamətdən xarici böyük tutumlu tranzit kanallar icarəyə götürülüb və ödənişlər aylıq qaydada dollar və avroda həyata keçirilir.

Sadalanan amilləri nəzərə alaraq, Azərbaycanda tezliklə internet tariflərinin də artacağını gözləmək olar.



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws