Siyavuş Novruzov: "Hər an müharibə başlaya bilər"

“4 günlük hərbi əməliyyatlar zamaı əksər siyasi partiyalar həmrəylik nümayiş etdirdi”

2016-04-12 12:15:46 / 1856 dəfə oxunub

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov AzVision.az-a müsahibə verib.

Sabahinfo.az müsahibəni təqdim edir:


- Siyavuş müəllim cəbhə xəttində gedən döyüşlərlə bağlı fikrinizi bilmək istərdik. Azərbaycan 4 günlük müharibədən nə qazandı?

- Azərbaycan ordusu 4 gün ərzində Ermənistanın həm hərbi qulluqçularını, həm də texnikalarını sıradan çıxardı və işğal altında olan bir sıra strateji yüksəkliklər, yaşayış məntəqləri azad etdi. Bununla da Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edə biləcəyini bir daha sübut etdi. Eyni zamanda bu məsələdə xalqın birlik nümayiş etdirməsi Ermənistan tərəfinin "münaqişə uzandıqca işğal faktı ilə barışılacaq” mifini dağıtdı. Sübut olundu ki, gənc nəsil daha güclü şəkildə öz torpaqlarının azad olunmasına çalışır və ordu sıralarına qoşulmağa hazırdır.

Bu, eyni zamanda beynəlxalq təşkilatlara göstərdi ki, dondurulmuş münaqişə sülh demək deyil. Münaqişə dondurulubsa, bunu həll etmək lazımdır. ATƏT-in Minsk qrupuna üzv və həmsədr dövlətlər, beynəlxalq təşkilatlar münaqişənin həlli istiqamətində səylərini artırmalıdırlar. Münaqişə həllini tapmasa, hər an müharibə başlaya bilər.

- Atəşkəs barədə əldə olunan razılaşmadan sonra beynəlxaq təşkilatlar, dünyanın aparıcı dövlətləri tərəfindən münaqişənin siyasi yolla həlli dair fikirlər səsləndirilir. Sizcə, bu səylər münaqişənin həllinə necə təsir göstərəcək?

- Hesab edirəm ki, münaqişə tezliklə sülh yolu ilə həllini tapmalıdır. Mütləq Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Əgər tezliklə münaqişə sülh yolu ilə həllini tapmasa, alternativ yol göz qabağındadır. Ermənilər son 4 gün ərzində bunun şahidi oldular.

- Cəbhədəki hadisələrdə müxalifət cəbhəsinin mövqeyini necə qiymətləndirirsiz?


- 4 günlük hərbi əməliyyatlar dövründə demək olar ki, əksər siyasi partiyalar həmrəylik nümayiş etdirdi. Bir neçə şəxsi çıxmaq şərti ilə yerdə qalanlar erməni lobbisinə xidmət edən şəxslərdir. Onlar Azərbaycan dövlətinə qarşı müxalifətdə olan insanlardır. Əli Kərimli və onun dəstəsi ermənilərə xidmət göstərdi. Bütün erməni saytları onun yazdığı statuslara istinad edərək ölkəmizə qarşı kampaniya aparır.

- Ə.Kərimlinin sərgilədiyi mövqe gənclər tərəfindən də etirazla qarşılanır.

- Əli Kərimlinin mövqeyi təkcə gəncləri yox, hər bir Azərbaycan vətəndaşını hiddətləndirir. Çünki, Azərbaycanda hər kəs həmrəylik nümayiş etdirdiyi bir vaxtda, Əli Kərimli antiAzərbaycan mövqe sərgilədi. Belə hərəkət heç bir azərbaycanlıya yaraşmır. Gənclər haqlı olaraq bu mövqeyə etiraz edir.

- Cəbhə hadisələrindən sonra belə çağırışlar var ki, iqtidar-müxalifət dialoqu bərpa edilməlidir. Hazırki durumda dialoqun keçiriləcəyi gözlənilirmi?

- İqtidar hər zaman dialoqa hazırdır. Son hadisələrə qədər müxtəlif müraciətlər vardı. Partiyalar sərbəst şəkildə müraciətlərini edə bilərlər. Bundan sonra fikir mübadiləsi aparmaq, qərar qəbul etmək mümkündür.

- YAP-çı gənclərin düşmənə qarşı informasiya savaşsında iştirak etmədi haqda iradlar səsləndirilir. Bu barəd nə deyə bilərsiniz? YAP üzvləri düşmənlə virtual müharibədə necə iştirak edirlər?


- Düşünürəm ki, YAP-ın gəncləri informasiya savaşında çox aktiv şəkildə iştirak edirlər. Nəinki, son hadisələr zamanı, ümumiyyətlə gənclərimiz antiAzərbaycan qüvvələrə qarşı daim mübarizə aparır. Hər gün YAP Gənclər Birliyinin ofisinə yüzlərlə gənc gələrək həm xaricdəki, həm də daxildəki antiAzərbaycan qüvvələrə qarşı öz rəylərini bildirirlər. Yəni, informasiya müharibəsində çox aktiv şəkildə iştirak edirik.



Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04
Deputatlarımız Maliyə gedir
2017-01-21 12:37:57
Millimiz 9-cu oldu
2017-01-21 12:12:06



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws