Robot orta məktəbə qəbul olundu – Dünyada ilk dəfə

2016-04-13 11:45:08 / 2967 dəfə oxunub
Danışan robot Pepper rəsmi olaraq orta məktəbə qəbul olunub.

Robot Yaponiyanın Vaseda şəhərində Fukusima prefekturasında orta məktəblərin birində təhsil alacaq. Beləliklə, dünyada ilk dəfə kibernetik qurğu uşaqlarla birlikdə təhsilə yiyələnəcək.

Bu hadisəylə əlaqədar məktəbdə qəbul mərasimi keçirilib. Mərasimdə məktəbliləri robotla ünsiyyət şansından maksimal yararlanmağa çağırıblar. Bildiriblər ki, bu, məktəblilərə gələcək həyatlarında lazım olacaq.

Pepper insan məktəbinə qəbul olunacağını heç vaxt düşünmədiyini bildirib və dərslərinə var gücü ilə çalışacağına söz verib.

Qeyd edək ki, bu robot həm yapon, həm də ingilis dilində danışmağı bacarır. Buna görə də, onu əsasən ingilis dili dərslərində istifadə edəcəkləri ehtimal edilir. Pepper "Softbank Corp” mobil rabitə şirkəti tərəfindən hazırlanıb. Bu kimi qurğular hələki daha çox bank və mağazalarda müştərilərə xidmət etmək üçün nəzərdə tutulurlar. Ötən ilin iyun ayında buraxılan və hər biri 1,9 min dollar dəyərində olan 1000 ədədlik ilk Pepper robotları partiyası bir dəqiqə ərzində satılıb. İstehsalçılar bildirirlər ki, robot böyük miqdarda kamera və ötürücülərlə təmin olunub. Bu isə robota demək olar ki, bütün növ insan emosiyalarını müəyyən etməyə imkan verir. Vəziyyətdən asılı olaraq Pepper zarafata gülüşlə cavab verə və ya çətin durumda sahibini təsəlli edə bilər. O həmçinin, şəxsi təhsil bacarığına da malikdir.

AzNews.az


Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws