“Facebook”da növbəti yenilik

2016-04-13 11:46:04 / 7489 dəfə oxunub

"Facebook” növbəti mühüm yeniliyin anonsunu verib.

Bundan sonra sosial şəbəkədə "Yaddaşa ver” düyməsini də görəcəyik. Yeni funksiya tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

Yaddaş düyməsi istifadəçilərə onların xoşuna gələn yazıları, videoları və digər kontentləri sonradan tanış olmaq üçün xüsusi qovluğa atmağa imkan verəcək.

Bundan başqa, yeni - "Quote Sharing” funksiyası da istifadəçilərin ixtiyarına veriləcək. Bu funksiya online paylaşım üçün daha rahat vasitə olacaq.

Mark Zukerberq bildirib ki, şirkət dünyadakı bütün insanların "Facebook”a çıxışını təmin etmək üçün yoxsul ölkələrin sakinlərinin pulsuz internetlə təmin edilməsinə yardımçı olacaq. Bunun üçün xüsusi lazerlər və dronlardan istifadə ediləcək.

Son xəbərlər
Atambayev saxlanıldı
2019-08-08 17:45:08
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!