Facebook statuslara görə pul verəcək

2016-04-21 17:12:25 / 2326 dəfə oxunub

Facebook sosial şəbəkəsi istifadəçilərə yerləşdirdikləri postlara görə pul ödəyəcək.

Bu barədə The Verge məlumat yayıb.


Şirkət istifadəçilərin hansı yolla mükafatlandırılması barədə sorğu keçirib.

İştirakçılara oxuculardan gələn gəlir, reklam gəlirinin bir hissəsi, sponsor məzmununun yerləşdirilməsi kimi variantlar təqdim edilib. Sorğuda yalnız təsdiqlənmiş və oxucularının sayı orta göstəricidən yuxarı olmayan istifadəçilər iştirak edə bilib.

Şirkət belə qənaətə gəlib ki, məzmun müəllifi olan istifadəçiləri mükafatlandırmaq lazımdır, çünki belə məzmunların sayı getdikcə azalır. İstifadəçilərin böyük hissəsi "repost”-a üstünlük verir, hansının ki müəllif hüququ digərlərinə aiddir. Instagram-ın yaranması ilə Facebook-da istifadəçilərin yerləşdirdiyi şəkillərin sayı da azalıb.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws