`Facebook` və `İnstagram`da dələduzluq faktı

2016-05-02 16:47:28 / 7271 dəfə oxunub

Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində "İnstagam” və "Facebook” sosial şəbəklərində saxta profillər vasitəsi ilə özünü guya onlayn silah satan şəxs kimi təqdim edərək çoxsaylı vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların külli miqdarda pul vəsaitlərini ələ keçirən Şəki rayon sakini Elşən Ağaməmmədzadə saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, E.Ağaməmmədzadə "İnstagam” sosial şəbəkəsində yaratdığı "arif_memmedov.85”, eləcə də "baku_orujie_online” adlı səhifələrdə travmatik və pnevmatik silahların internetdən götürdüyü şəkillərini yerləşdirərək onların satışını apardığını elan edib.

Silah almaq istəyən şəxslər online sistemlər vasitəsi ilə ödəniş edəndən sonra E.Ağaməmmədzadə zərərəçəkənlərin pullarını banklarda olan şəxsi hesablarına köçürüb və nağdlaşdıraraq ələ keçirib.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Son xəbərlər
Atambayev saxlanıldı
2019-08-08 17:45:08
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!