​“Bakcell” əməkdaşları tələbələrlə görüşüb

2016-05-17 20:06:01 / 2622 dəfə oxunub
REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru "Bakcell” şirkətinin əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüş keçiriblər. 
Şirkətdən "Report”a bildirilib ki, görüş zamanı bu il 20 illiyini qeyd edən "Bakcell” nailiyyətləri, tələbə və məzunlar üçün təşkil olunan "Smart Start” təcrübə proqramı, "AppLab” innovativ mobil developer layihəsi barədə məlumat verilib.
Bu proqram şirkətin müxtəlif şöbələrində peşəkar əməkdaşlarla birgə işləyərək, telekommunikasiya sahəsi üzrə dəyərli iş təcrübəsi toplamaq üçün əla bir fürsətdir. "Smart Start” proqramında təcrübə müddəti iki ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədi ilə iki ay müddətində "Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar. Bununla yanaşı, "Smart Start” proqramının bütün məzunları şirkətdə açılan iş yerlərinə potensial namizəd hesab olunurlar.
Qeyd edək ki, ötən ildə "Smart Start” təcrübə proqramında iştirak etmək üçün "Bakcell”ə 2 min nəfərdən çox namizəd müraciət edib. Telefon vasitəsilə 688 nəfərlə müsahibə aparılıb, onlardan 480 nəfəri sınaq və qrup müsahibələrindən keçmək üçün seçiliblər. Onlardan 190 nəfəri fərdi müsahibələrə dəvət olunaraq uğur qazanıb, 32 nəfər isə proqramda iştirak edib. Təcrübə keçənlər arasında proqramı müvəffəqiyyətlə bitirən ən fəal və perspektivli 3 gənc "Bakcell”də işlə təmin olmaq imkanını əldə ediblər.
"AppLab” isə regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilən developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilən icra modelidir. Şirkət mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı, "Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.(sabahinfo.az)


Son xəbərlər
Heyrətləndirən Tərtər
2017-01-17 17:32:12
Millimizin yubiley gecəsi
2017-01-17 15:09:05
4 nazir vəzifədən getdi
2017-01-17 14:54:03



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws