"Pirallahı adası"nda yeni quyular qazılır

Kompleks Qazma İşləri Tresti "Pirallahı adası” yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb.
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, 1180 nömrəli quyunun layihə dərinliyi 700 metr, 1142 nömrəli quyunun layihə dərinliyi isə 850 metrdir.
Qeyd edək ki, "Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.