"ABŞ Cənubi Qafqazda sülhün əldə edilməsi üçün təmasları davam etdirəcək" - Blinken

ABŞ Cənubi Qafqazda sülhün əldə edilməsinə kömək üçün təmaslara davam edəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken "Twitter"də bildirib.

“Mən dünən Ermənistan Baş naziri Nikol Paşinyanla Ermənistanın Azərbaycan və Türkiyə ilə müzakirələrində müsbət impulsun əldə etməsini ABŞ-ın necə dəstəkləməsi barədə danışdım. ABŞ Cənubi Qafqazda sülhün əldə edilməsinə kömək üçün təmasa davam edəcək”, - Dövlət katibi qeyd edib