Ağdamda FHN əməkdaşı MİNAYA DÜŞDÜ

İşğaldan azad olunan ərazidə mina partlaması nəticəsində daha bir nəfər xəsarət alıb.

Sabahinfo.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə Ağdamın Baş Qərvənd kəndi ərazisində baş verib. Məlumata görə, mina partlaması nəticəsində xəsarət alan şəxs Fövqəladə Hallar Nazirliyinin ərazidə minatəmizləmə fəaliyyəti ilə məşğul olan əməkdaşıdır. Kapitan Süleyman Heydərov qolundan ağır xəsarət alıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib ki, FHN-in kapitanı Süleyman Heydərov rayonun Baş Qərvənd olarkən xidməti fəaliyyəti zamanı minaya düşməsi nəticəsində müxtəlif növ xəsarətlər alması müəyyən edilib.

Hazırda Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.