Ağdamın ağ günü

Bu gün Ağdam rayonunun Ermənistanın işğalından azad edilməsindən iki il keçir. Azərbaycan 44 günlük Vətən müharibəsində hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 20 gün ərzində 3 rayonu işğaldan azad edib.

2020-ci ilin noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verilib.

Bu gün Ağdamda yenidənqurma işləri aparılır. Ən əsas problemlərdən biri Ağdamda basdırılan minalardır.

Amma Azərbaycan dövləti xaraba qalmış Ağdamı dirçəltməkdə maraqlıdır və bu yöndə xeyli effektiv addımlar atır.

İnfrastruktur yaradılır və Ağdam bəzi tədbirlərə belə ev sahibliyi edir.

Onu da qeyd edək ki, Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir.