“Albert Rıjı”nı qətlə yetirən şəxsin saxlanılma anı - VİDEO

Moskvada “Albert Rıjı” ləqəbli kriminal avtoriteti öldürməkdə şübhəli bilinən şəxsin hüquq-mühafizə orqanları tərəfindən saxlanılma anı yayımlanıb.

Görüntüləri “İzvestiya” dərc edib.

Xəbərdə qeyd olunur ki, “Albert Rıjı”nı öldürməkdə şübhəli bilənən şəxs Mətləb Sultanovdur.

Saxlanılan vaxt açıqlama verən şəxs “Albert Rıjı”nı sifariş əsasında öldürmədiyini bildirib.

O, qətli törətməyin ilkin səbəbi kimi kriminal avtoritetin ona söyüş söyməsini göstərib.