"Azərbaycan durduqca Ulu Öndərin ideyaları da yaşayacaq" 

"Ümümmilli lider Heydər Əliyev böyük bir tarix yaradan və dünya tarixində böyük iz buraxan unudulmaz şəxsiyyətdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu öndərin oxuyub aldığı birinci ixtisası memar olmasına baxmayaraq, o təkcə binaların tikintisinin memarı olmadı, həm də müstəqil Azərbaycan dövlətinin memarı oldu. Ulu Öndərin memarı olduğu müstəqil Azərbaycanın əsasları möhkəm, sarsılmaz və əbədidir. Bütün həyatını xalqının firavan gələcəyi və müstəqil Azərbaycan dövlətinin yaradılması naminə həsr etmiş Heydər Əliyev cismən 19 il aramızda olamasa da, mənən hər zaman xalqımızla birlikdə olmuşdur. Onun qoyduğu ideologiya və dövlət siyasəti inkişaf etdirilərək Azərbaycanı qalib ölkəyə çevrilmişdir. O, Azərbaycan xalqının inamını, ümidini, bu gününü və sabahını xoşbəxt gələcəyini özünə qaytardı. Azərbaycan xalqının hər zaman başını uca etdi və xalqımızı vüqarlandırdı. Dünyaya yeni, mübariz Azərbaycan dövlətinin yaratdığını sübut etdi. Ulu Öndərin yaratdığı Azərbaycan bu gün artıq qalib ölkədir və dünyada da qalib ölkə kimi tanınır. Təbii ki, Ulu Öndərin arzusuda Azərbaycan ərazi bütövlüyünün təmin olunması, qaçqınların öz yurdlarına qayıtması idi. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bu missiyanı da xalqımız, ordumuz yerinə yetirdi. Artıq Azərbaycan ərazi bütövlüyü təmin olunub, Böyük Qayıdışa başlanılıb. Ulu Öndərin ideyaları Azərbaycan durduqca yaşayacaq. Azərbaycan bu ideyalar üzərində daha da möhkəmlənəcək. Azərbaycan xalqı hər zaman Ulu Öndəri özlərinin yaddaşlarında daima saxlayacaqlar. Bu gün 12 dekabr Ulu Öndərin cismən itirdiyimiz gündür. Ulu Öndərin qarşısında biz baş əyirik, dərin və hörmətlə yad edirik. Allah bir daha dahi Liderə rəhmət eləsin".