Azərbaycan İsraildə səfirlik açır - YENİLƏNİB

Azərbaycanın İsraildə səfirliyi təsis edilir.

Sabahinfo.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

***12:11

Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.