Azərbaycan-Macarıstan əlaqələri şaxələndirilir

Prezident İlham Əliyev: “Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır”

Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin inkişaf perspketivlərini Prezident İlham Əliyev yanvarın 29-da Budapeşt səfərindən görmək mümkündür. Bunu Macarıstan rəhbərliyinin dövlətimizin başçısı ilə istər təkbətək görüşlərində, istərsə də mətbuata bəyanatında göstərdikləri səmimiyyət və fikirləri də sübut edir.

Xüsusən Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında dediyi dostcasına fikirləri eşitmək qürurvericidir: “Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”. Bu sözlər cənab Prezidentin imcinin göstəricisidir. Bu, həm də beynəlxalq aləmdə Azərbaycana olan münasibətin səviyyəsini bəlli edir. Çünki məhz Prezident İlham Əliyevin fəaliyyətindəki təşəbbüskarlıq, etibarlılıq və peşəkarlığa görə artıq Azərbaycana müsbət mənda münasibət dəyişməkdədir. Eyni zamanda ölkəmizin də imci artmaqdadır.

Prezident İlham Əliyevin Budapeştdə keçirdiyi görüşlərdə Macarıstanla Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi qeyd edilib. Həmçinin enerji, nəqliyyat, beynəlxalq təşkilatlarda əməkdaşlıq, tələbə mübadiləsi, minaların təmizlənməsi və s. sahələrdə əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Prezident İlham Əliyevin Budapeştdə mətbuata verdiyi bəyanatında bildirib ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək: “Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir”.

Macarıstan Prezidenti Katalin Novak dediyi kimi yüz ildən artıq dövr ərzində öz təbii enerji sərvətlərindən məhrum olublar. Bu gün Macarıstanın enerji resurslarının şaxələndirilməsi üçün yaxşı dost və tərəfdaşlara ehtiyac var. Azərbaycan da hazırda dünyada etibarlı tərfdaş ölkə olaraq tanınır. Bu baxımdan Macarıstan Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıdır. Dövlətimizn rəhbəri Azərbaycanın etibarlı tərfdaş olmasını hətta başqalarının da dediyini diqqətə çatdırıb: “Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun”.

Cənab Prezidentin Budapeşt səfəri ikitərəfli gündəlikdə duran mühüm məsələlərin həllini daha da sürətləndirəcək. Qeyd edək ki, indiki məqamda enerji məsələsi gündəlikdə birinci yerdədir. Macarıstan da, əsasən qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün hazır olduğunu bəyan edib.

Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bundan başqa Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin qurulmasına dair sənəd, eləcə də təbii qaz, bitki karantini və bitki mühafizəsi, miqrasiya, təhsil, kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında sənədlər də imzalanıb. Bütün bunlar da iki ölkə arasında əlaqələrin möhkəmlənməsində çox mühüm addım hesab olunmalıdır.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu